• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

Çin Rusiyanın “Oreshnik” raketlərinin istehsalına milyardlıq dəstək verir

DÜNYA

28 Yanvar 2026 | 16:59

Çin Rusiyanın “Oreshnik” raketlərinin istehsalına milyardlıq dəstək verir

Çin Rusiyanın “Oreshnik” ballistik raketlərinin istehsalını genişləndirməsinə ixtisaslaşmış avadanlıq və dəzgahlar tədarük etməklə dəstək verir.

Bakıvaxtı.az "The Telegraph"a istinadla xəbər verir ki, bu avadanlıqların ümumi dəyəri təxminən 10,3 milyard dollar təşkil edir.

Məlumata görə, Ukrayna hərbi kəşfiyyatı Rusiyanın Votkinsk zavodunda əsas komponentin — qabaqcıl CNC torna dəzgahlarının istifadəsini müəyyən edib.

Bildirək ki, Çin 2022-ci ildən bəri Rusiyaya 3,1 milyard dollar dəyərində CNC dəzgahları və digər kritik texnoloji hissələr tədarük edib.

Rusiya isə “Oreshnik” raketlərinin kütləvi istehsalını artırmağı və döyüş başlıqlarının dağıdıcılığını yüksəltməyi planlaşdırır.

Əli Hüseynov


SON XƏBƏRLƏR