2020-ci ildə 900-dən çox qəzalı məktəbimiz var idi. Bu gün sözügedən təhsil müəssisələrinin sayı 400-ə qədər azaldılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "Regionlarda peşə təhsili: imkanlar və perspektivlər mövzulu" mediaturun təqdimatı zamanı deyib.
Nazir müavini əlavə edib ki, 2030-cu ilə qədər təmirsiz məktəb qalmayacaq:
"Son 20 ildə 3600-dən çox məktəbdə quruculuq işləri aparılıb. Bu istiqamətdə işlər davam etdirilir".
Əli Hüseynov
Bakı 




