• Bakı 25° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Gəncədə minik maşını mağazaya çırpılıb

HADİSƏ

03 Aprel 2026 | 07:22 | Müəllif: Əli Hüseynov

Gəncədə minik maşını mağazaya çırpılıb

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə bordürə, daha sonra isə yol kənarında yerləşən qab-qacaq mağazasına çırpılıb. Zərbənin təsirindən avtomobil mağazanın daxilinə girib.

    Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə və mağazaya ciddi ziyan dəyib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. /apa


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Sentyabr 2026