Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Bakıvaxtı.az-ın məlumatına görə hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib.
Belə ki, kənd sakini 1953-cü il təvəllüdlü R.Hüseynov yaşadığı evin həyətində olan yardımçı tikilidə dəm qazından boğularaq ölüb.
Onun meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin rayon şöbəsinə təhvil verilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Bakı 




