• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Goranboyda iki maşın toqquşdu - Yaralılar var

HADİSƏ

31 May 2026 | 11:00 | Müəllif: Subhan Mahmudov

Goranboyda iki maşın toqquşdu - Yaralılar var

Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində  2001-ci il təvəllüdlü İsmayıl Namazov, 1965-ci il təvəllüdlü Suruş Məmmədova və 1962-ci il təvəllüdlü Sarif Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Qəza yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026