• Bakı 15° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Lənkəranda türkiyəli iş adamı öldü

HADİSƏ

02 May 2026 | 14:56 | Müəllif: Əli Hüseynov

Lənkəranda türkiyəli iş adamı öldü

Lənkəranda çay fabrikinin müdiri vəfat edib.

Bakıvaxtı.az xəbər verir k“Qafqazinfo”nun məlumatına görə, Türkiyə vətəndaşı olan 1980-cı il təvəllüdlü Murad Abdulla oğlu Mutlu axşam saatlarında özünü narahat hiss etdiyi üçün rayon xəstəxanasına aparılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

M.Mutlunun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. İş adamının ölümünün səbəbi ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Qeyd edək ki, Murad Mutlu azərbaycanlı xanımla ailə həyatı qurub və iki övladı var. O, Lənkəranda fəaliyyət göstərən çay fabrikinin müdiri idi.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026