• Bakı 12° C

    1.97 m/s

Bratislavadan Bakıya ilk aviareys yola düşüb

    İQTİSADİYYAT

    28 Oktyabr 2026 | 20:00 | Müəllif: Subhan Mahmudov

    Bratislavadan Bakıya ilk aviareys yola düşüb

    Slovakiyanın paytaxtı Bratislava ilə Bakı arasında"Wizz Air" aviaşirkətinin ilk birbaşa reysi həyata keçirilib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    "Wizz Air"in Bratislava-Bakı birbaşa hava marşrutunun açılış tədbirində iştirak etməyimdən böyük məmnunluq duyuram", – diplomat qeyd edib.

    Səfir birbaşa hava əlaqəsinin fəaliyyətə başlamasını Azərbaycan ilə Slovakiya arasındakı əlaqələrdə əlamətdar addım və iki dövlətin strateji tərəfdaşlığının mühüm nailiyyəti kimi dəyərləndirib.

    Onun fikrincə, yeni marşrut iş, turizm və insanlararası əlaqələr baxımından geniş imkanlar yaradacaq.

    Bratislavadan yola çıxan təyyarə Bakıya saat 21:20-də eniş edəcək. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.


    Bratislavadan Bakıya ilk aviareys yola düşüb
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Oktyabr 2026