• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

İspaniyada sürət qatarları toqquşub,yaralılar var - YENİLƏNİB

DÜNYA

28 Oktyabr 2026 | 17:09 | Müəllif: Əli Hüseynov

İspaniyada sürət qatarları toqquşub, yaralılar var - YENİLƏNİB

İspaniyanın Toledo əyalətində iki qatarın toqquşması nəticəsində ən azı 64 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kastiliya-La-Mança hakimiyyət orqanlarına istinadən "Diario" məlumat yayıb.

***

15:17

İspaniyada baş verən qatar qəzasında ölənlərin sayı 50 nəfərə çatıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, sürət qatarlarının toqquşması nəticəsində ən azı 50 nəfər ölüb, 179-dan çox insan yaralanıb.

    Qəzaya uğrayan qatarlarda ümumilikdə 544 sərnişin olub.

    ***

    13:47

    İspaniyanın Toledo vilayətində baş verən qatar qəzasında ölənlərin sayı 46 nəfərə çatıb.

    Bakıvaxtı.az bu barədə “The Telegraph” məlumat yayıb.

    ***

    13:12

    İspaniyada sürət qatarları toqquşub.

    Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə Toledo vilayətində baş verib.

      İki sürət qatarının toqquşması nəticəsində paytaxt Madridi Əndəlüs regionu ilə əlaqələndirən xətt fəaliyyətini dayandırıb. Hadisə nəticəsində çox saylı yaralının olduğu bildirilib.

      Hələlik qəzanın səbəbləri və tələfatla bağlı məlumat yoxdur.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      28 Oktyabr 2026