“Ordu bu yaxınlarda İrandan İsrail ərazisinə atılan raketləri müəyyən edib”.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusundan bildirilib.
Məlumata görə, müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün hərəkətə keçib. Təsirə məruz qalan ərazilərin sakinlərinə sığınacaq tapmaq üçün çağırış edilib.
İran mediasının məlumatına görə, respublikanın ideoloji ordusu olan İnqilab Keşikçiləri Təl-Əvivə və cənubdakı Eylat kurortuna uzaq mənzilli raketlər atır.
Aydın Baxış
Bakı 




