• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

General Əsədi: ABŞ-ın Tehranda hərbi əməliyyatları istisna deyil

DÜNYA

02 May 2026 | 17:43 | Müəllif: Əli Hüseynov

General Əsədi: ABŞ-ın Tehranda hərbi əməliyyatları istisna deyil

Tehran ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyini istisna etmir.

Bakıvaxtı.az İran mediasına istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Mərkəzi Qərargahının nümayəndəsi, briqada generalı Məhəmməd Cəfər Əsədi bildirib.

Onun sözlərinə görə, mövcud məlumatlara əsasən, İran və Birləşmiş Ştatlar arasında müharibənin bərpa olunması ehtimalı var.

M.Əsədi bildirib ki, ABŞ heç bir öhdəliyə və ya razılaşmaya əməl etmir:

"ABŞ rəsmilərinin hərəkətləri və bəyanatları birincisi, neft qiymətlərinin düşməsinin qarşısını almağa, ikincisi isə özlərini saldıqları çətin vəziyyətdən çıxarmağa yönəlib".

Briqada generalı vurğulayıb ki, İran qüvvələri istənilən mümkün hərəkətlərə qarşı durmağa hazırdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026