• Bakı 15° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Əfqanıstanla Pakistan arasında döyüşlər yenidən başladı

DÜNYA

03 Aprel 2026 | 12:47

Əfqanıstanla Pakistan arasında döyüşlər yenidən başladı

Əfqanıstan və Pakistan hərbçiləri arasında toqquşmalar yenidən başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sədae Əfqan” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Əfqanıstanla Pakistan arasındakı mübahisəli Dürand sərhəd xətti boyunca dünən axşamdan döyüşlər başlayıb, bu gün də davam edir.

Bildirilib ki, Əfqanıstan qüvvələri Pakistan hərbçilərinin artilleriya atəşinə cavab olaraq sərhəd boyunca Pakistan mövqelərinə hücum edib.

Toqquşmalar nəticəsində azı üç pakistanlı hərbçi öldürülüb və bir neçə sərhəd postu dağıdılıb./Axar.az


SON XƏBƏRLƏR