ABŞ prezidenti Donald Tramp İranı bu ölkədə mülki infrastrukturun daha da məhv ediləcəyi ilə hədələyib.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, ABŞ prezidenti özünün “Truth Social” sosial şəbəkəsində xəbərdarlıq edərək bildirib:
“Növbədə körpülər, sonra elektrik stansiyalarıdır”.
Tramp əlavə edib ki, ABŞ İranın mülki infrastrukturunu məhv etmək proqramına hələ başlamayıb:
“Yeni İran rejiminin liderləri nəyin edilməli olduğunu və bunun sürətlə edilməsinin vacibliyini bilirlər”.
D.Tramp Tehranı atəşkəs razılaşmasını qəbul etməyə çağırıb. Ancaq istədiyi razılaşmanın təfərrüatları açıqlamayıb.
Aydın Baxış
Bakı 




