• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Marneulidə azərbaycanlı gənci qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB

DÜNYA

03 Aprel 2026 | 10:02 | Müəllif: Subhan Mahmudov

Marneulidə azərbaycanlı gənci qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB

Ötən gün Gürcüstanın Marneuli rayonunda Ümid Bayramovu qətlə yetirməkdə şübhəli bilinən əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 2004-cü il təvəllüdlü şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, Marneulidə keçmişdə baş vermiş mübahisə zəminində baş verən qarşıdurma zamanı təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü Ümid Bayramovu boğazından bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən ölüb. Şübhəli şəxs cinayət törədildikdən qısa müddət sonra saxlanılıb.

Faktla bağlı istintaq 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan qəsdən adam öldürmə maddəsi üzrə aparılır.

***

2026/04/02             20:30

Bu gün Marneulidə baş verən bıçaqlanma hadisəsi ölümlə nəticələnib.

Bakıvaxtı.az xəbər verir  ki, 20 yaşlı azərbaycanlı gənc Ümid Bayramov xəstəxanaya çatmadan dünyasını dəyişib.

Fakt araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026