• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

"Hizbullah"ın 120 hədəfi məhv edildi

DÜNYA

03 May 2026 | 09:44 | Müəllif: Subhan Mahmudov

"Hizbullah"ın 120 hədəfi məhv edildi

İsrail Müdafiə Qüvvələri (İMQ) sutka ərzində Livanın cənubunda "Hizbullah" hərəkatının 120 hədəfini məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

"Sutka ərzində İsrail Müdafiə Qüvvələri çoxsaylı terror obyektlərinə zərbələr endirib və Livanın cənubunda İMQ mövqelərinin yaxınlığında fəaliyyət göstərən terrorçuları məhv edib. Zərbələr nəticəsində müxtəlif rayonlarda 70 hərbi tikili və "Hizbullah"ın 50 infrastruktur obyekti məhv edilib", - bəyanatda qeyd olunub.

Dəqiqləşdirilib ki, məhv edilən hədəflər arasında qruplaşmanın komanda mərkəzləri və silah anbarları var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026