Rusiya ordusu Kiyevə kütləvi hücum həyata keçirib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 58 yaralanıb, 5 nəfər ölüb.
Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, onlardan 40-ı xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, Rusiyanın paytaxta kütləvi hücumu nəticəsində şəhərin müxtəlif ərazilərində ziyan qeydə alınıb.
***
08:02
Rusiyanın Ukraynaya gecə hücumları davam edir.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadla bildirir ki, hücumlar nəticəsində 3 nəfər Kiyevdən olmaqla, 8 nəfər həlak olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Ukrayna paytaxtı ballistik raketlərlə vurulub. Aidiyyəti orqanlar ölənlərlə yanaşı, bir neçə nəfərin yaralandığını da bildiriblər.
Bundan başqa, Şərqi Ukraynada, Dneprdə hakimiyyət orqanları 5 nəfərin öldüyünü, 25-nin yaralandığını elan ediblər. Regionun hərbi administrasiyasının rəhbəri Aleksandr Hanja Rusiyanın Dnepr şəhərinə hücumu nəticəsində ölənlərin sayının artmaqda olduğunu vurğulayıb.
Aydın
















