Ukraynanın Penza vilayətində iki sənaye müəssisəsi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Oleq Melniçenko məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində müəssisələrdən birində iki nəfər xəsarət alıb. Partlayış dalğası Penza şəhərində yerləşən iki çoxmənzilli yaşayış binasının da şüşələrini sındırıb.
Vilayət rəhbəri sakinləri PUA-nın qalıqlarına yaxınlaşmamağa çağırıb, aşkar edildikdə isə bu barədə "112" qaynar xəttinə məlumat verməyi tövsiyə edib.
Bakı 



