Ukraynanın Xmelnitsk vilayətində yerləşən hərbi poliqonda partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, sursatların partlaması nəticəsində 4 hərbçi xəsarət alıb. hadisə yerində olan bir neçə hərbçi ilə isə hazırda əlaqə yoxdur. Faktla bağlı cinayət işi başlanılıb.
Bildirilib ki, hüquq-mühafizə orqanları artıq müvafiq hərbi hissənin komandanlığı və hərbçilərinin dindirilməsinə başlayıb.
Bakı 



