• Bakı 27° C

    8.35 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Türkiyədən Rusiya və Ukraynaya yeni dialoq təklifi

DÜNYA

31 Iyul 2026 | 13:29

Türkiyədən Rusiya və Ukraynaya yeni dialoq təklifi

Türkiyə hökuməti Rusiya və Ukrayna arasında keçiriləcək növbəti danışıqlar raunduna ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi hökumət dairələrindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ankara həm Moskvaya, həm də Kiyevə müvafiq mesajlar göndərərək yeni danışıqların ən qısa zamanda keçirilməsi üçün bütün zəruri addımları atmağa hazır olduğunu bildirib.

Türkiyə rəhbərliyi münaqişənin sülh yolu ilə həlli üçün birbaşa dialoqun bərpasını vacib hesab edir və vasitəçilik missiyasını davam etdirmək niyyətindədir.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qərb ölkələrinin liderləri ilə Ukraynadakı münaqişənin nizamlanması istiqamətində intensiv danışıqlar apardığı bildirilmişdi. Ankara tərəfləri yenidən birbaşa danışıqlar masasına qaytarmaq üçün diplomatik təmaslarını davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyul 2026