• Bakı 25° C

    13.09 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

İsveçrədə atışma: Bir nəfər ölüb, beş insan...- YENİLƏNİB

DÜNYA

30 Avqust 2026 | 12:19

İsveçrədə atışma: Bir nəfər ölüb, beş insan...- YENİLƏNİB

Bazar günü səhər İsveçrənin şimalındakı Arau kantonunda əyləncə mərasimində baş verən atışmada bir nəfər ölüb, daha beş nəfər yaralanıb.

Bu barədə Bakıvaxtı.az yerli polisə və mediaya istinadən xəbər verir.

"Cinayətin mümkün motivləri və dəqiq başvermə şəraiti hələ məlum deyil", - polisin "X"dəki açıqlamasında bildirilir.

Kanton polisinin məlumatına görə, yaralıların bəzilərinin vəziyyəti ağırdır.

Polisin nümayəndəsi Paskal Vensel İsveçrənin SRF ictimai teleradioyayım şirkətinə bildirib ki, polisə atışma barədə məlumat yerli vaxtla saat 2:30 radələrində daxil olub.

SRF-in məlumatına görə, hadisə baş verən zaman Aarau şəhərinin Şaçen rayonundakı yarış meydançasında "Aarau Rave VOL. 7" tədbiri keçirilib. Yanğınsöndürmə idarəsi hadisə yerini mühasirəyə alıb.

Hazırda polis genişmiqyaslı əməliyyat keçirir. Yerli sakinlərə ərazidən uzaq durmaq tövsiyə edilib.

Polis həmçinin şahidləri hadisənin videogörüntüləri və ya fotoşəkillərini hüquq-mühafizə orqanlarına verməyə çağırıb.

 

***11:55

İsveçrənin Arqau kantonunun Aarau şəhərində keçirilən elektron musiqi festivalı zamanı silahlı insident baş verib.

Bakıvaxtı.az xəbər verir ki, kanton polisinin məlumatında hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı qeyd olunub. Ölənlərin olub-olmadığı hələlik məlum deyil.

Atəş səsləri gecə saat 02:30 radələrində şəhərin Şaxen rayonundakı atçılıq meydanında təşkil olunan və təxminən 3500 nəfərin iştirak etdiyi “Aarauer Rave” texnofestivalı zamanı eşidilib. Hadisə yerindən yayılan görüntülərdə təxminən 10 atəş səsinin eşidildiyi bildirilir. Şahidlərin sözlərinə görə, bəzi iştirakçılar atəş səslərindən sonra DJ masasının altında gizləniblər.

Polis əraziyə genişmiqyaslı qüvvələr cəlb edib və vətəndaşlardan hadisə yerinə yaxınlaşmamağı xahiş edib. Yanğınsöndürənlər, fövqəladə hallar bölmələri və orduya məxsus helikopter də əməliyyata cəlb olunub.

Hadisənin səbəbləri və atəş açan şəxs və ya şəxslərin kimliyi müəyyənləşdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026