• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

FİDE-nin yeni prezidenti ilk səfərini bu ölkəyə edəcək 

DÜNYA

29 Sentyabr 2026 | 09:34 | Müəllif: Günəş Mərd

FİDE-nin yeni prezidenti ilk səfərini bu ölkəyə edəcək

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni prezidenti Timur Turlov vəzifəyə başladıqdan sonra ilk rəsmi səfərini Ermənistana edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistan Şahmat Federasiyasının məlumatına görə, Turlov sentyabrın 29-da Tsaghkadzorda başlayacaq 2026-cı il Dünya Məktəblərarası Şahmat Komanda Çempionatının Avropa mərhələsinin açılış mərasimində iştirak edəcək.

Səfər çərçivəsində FİDE prezidenti Ermənistan Dövlət Pedaqoji Universitetinin Şahmat Tədqiqat İnstitutunun əməkdaşları ilə də görüşəcək. Görüşdə şahmatın inkişafı, təhsil proqramları və bu sahədə beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunması planlaşdırılır. 

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026