• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ABŞ-də nüvə kompleksində yanğın - Radiasiya sızıntısı...

DÜNYA

29 Oktyabr 2026 | 07:51 | Müəllif: Subhan Mahmudov

ABŞ-də nüvə kompleksində yanğın - Radiasiya sızıntısı...

ABŞ Energetika Nazirliyinin Cənubi Karolinadakı nüvə kompleksinin ərazisində yerləşən Savanna-River Milli Laboratoriyasında radioaktiv maddələrin sızması ilə müşayiət olunan yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "WRDW" telekanalı kompleksin administrasiyasına istinadən məlumat yayıb.

"Hazırda Savanna-River ərazisindən kənarda fəsadların olduğuna dair heç bir əlamət yoxdur", - məlumatda qeyd olunub. Hadisənin səbəbi dəqiqləşdirilməyib, daha sonra əlavə məlumat veriləcəyi bildirilib.

Yanğın laboratoriyanın otaqlarının birində baş verib. Telekanalın istinad etdiyi məlumatda "yer səviyyəsində radioaktiv maddələrin filtrlənmədən xaric olması" və yanğının söndürüldüyü qeyd olunub.

Kompleksin ərazisində fövqəladə vəziyyət rejimi çərşənbə günü yerli vaxtla saat 17:39-da (Bakı vaxtı ilə cümə axşamı 01:39-da) elan edilib. Ehtiyat tədbiri olaraq giriş bağlanıb, yaxınlıqdakı dəmir yolu, çay və hava nəqliyyatının hərəkəti məhdudlaşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026