• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - VİDEO

DÜNYA

29 Sentyabr 2026 | 11:27 | Müəllif: Subhan Mahmudov

Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - VİDEO

Çinin dövlət başçısı Si Cinpinin ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampla görüşü zamanı maraqlı görüntülər qeydə alınıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-yə üç günlük rəsmi səfərə gedən Si Cinpin Ağ Evdə Melaniya Trampla ayaqüstü söhbət edib.

Söhbət zamanı Si Cinpinin həyat yoldaşı Pen Liyuan onların yanına yaxınlaşıb. O, Çinin dövlət başçısının kürəyinə toxunaraq söhbətə müdaxilə edib.

Bundan sonra Si Cinpin istiqamətini dəyişərək Melaniya Trampla söhbətini yekunlaşdırıb.

Sözügedən an kameralara düşüb və görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026