• Bakı 16° C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

"Vensə belə bir göstəriş verməmişəm" - Tramp

DÜNYA

29 Oktyabr 2026 | 10:40 | Müəllif: Əli Hüseynov

"Vensə belə bir göstəriş verməmişəm" - Tramp

ABŞ prezidenti Donald Tramp vitse-prezident C.D. Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp jurnalistlərə Vensdən İranla danışıqları bərpa etməyi xahiş edib-etmədiyi soruşulduqda bildirib ki, "Xeyr. İranın tibbi ləvazimatlara ehtiyacı var. Əsasən, xəstə insanlara kömək etmək üçün tibbi ləvazimatların çatdırılmasından danışırıq".

Daha əvvəl "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən Vensin sülh danışıqlarını bərpa etmək üçün Trampın göstərişi ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayiyə məktub göndərdiyini bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026