• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Güləşçimiz dünya çempionatında bürünc medal qazandı

İDMAN

31 Oktyabr 2026 | 19:08 | Müəllif: Zeynəb Rzayeva

Güləşçimiz dünya çempionatında bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə Macarıstan idmançısı Vladislav Baytsayevi məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) qızıl, Nihat Məmmədli (63 kiloqram) isə gümüş medal qazanıblar.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026