“Aston Villa” sabiq futbolçu və futbol eksperti Ceymi Karrageri açıqlamalarına görə məhkəməyə verə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun sahibi Nəsif Saviri "Reuters"ə açıqlamasında danışıb.
“İngiltərə və Avropa futbolunda inkişafımıza mane olmağa heç kimə imkan verməyəcəyik”, - deyə klubun sahibi vurğulayıb.
Qeyd edək ki, Karrager daha əvvəl “Aston Villa”nın baş məşqçisi Unay Emerinin “Mançester Yunayted”ə mümkün keçidini şərh edərkən Birminqem klubunun azarkeşlərinə qarşı kobud ifadələr işlədib.
O, həmçinin “Aston Villa”nın heç vaxt “Mançester Yunayted” səviyyəsinə çata bilməyəcəyini deyib. Sabiq futbolçu daha sonra açıqlamalarının zarafat xarakteri daşıdığını bildirib.
“Aston Villa” onu məhkəməyə verə bilər
İDMAN
31 Oktyabr 2026 | 22:55 | Müəllif: Zeynəb Rzayeva

SON XƏBƏRLƏR
02 Noyabr 2026
17:32















