• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - VİDEO

CƏMİYYƏT

03 Noyabr 2026 | 00:15 | Müəllif: Subhan Mahmudov

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - VİDEO

Sabunçu-Yeni Günəşli qəsəbəsi və əks istiqamətdə hərəkət edən 55 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların texniki vəziyyəti sakinlərin narahatlığına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, "Xəzər Xəbər"in vatsap qaynar xəttinə göndərilən görüntüdə də avtobusların bərbad vəziyyətdə olduğu açıq-aydın görünür.

Sərnişinlər deyirlər ki, bu marşrut xəttindəki avtobusların həm texniki, həm də ümumi vəziyyəti olduqca acınacaqlıdır. Avtobuslar nasaz olduğu üçün dəfələrlə yolda qalıblar.

Avtobusların nasaz vəziyyətini elə sürücülər də təstiqləyirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, 55 nömrəli marşrut xəttində avtobusların bir qismi yenilənib. Proses davam etdirilir. Daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, avtobusların saz vəziyyətdə saxlanılması ilə bağlı tapşırıqlar verilib.

Daha ətraflı videomaterialı təqdim edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR