• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Qarabağ" ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək

İDMAN

02 Noyabr 2026 | 21:25 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək

"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb.

Bu barədə Bakıvaxtı.az Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Aparılan yenilənmə və bərpa işlərindən sonra bölgə təmsilçisi ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək.

Komanda Misli Premyer Liqasının XI turunda "Turan Tovuz"u sözügedən arenada qəbul edəcək.

Əvəzində isə "Qarabağ"ın mövsümün əvvəlki oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda renovasiya və yenilənmə işlərinə start veriləcək.

Qeyd edək ki, "Azersun Arena" ötən mövsümün sonlarında bərpa işləri üçün bağlanmışdı.

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026