Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazı ətrafında yaranan risklərin beynəlxalq ticarət üçün alternativ nəqliyyat yollarının əhəmiyyətini artırdığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Cənubi Koreyanın “Renhap” xəbər agentliyinə müsahibəsində danışıb.
Ərdoğan qeyd edib ki, Türkiyə Asiya ilə Avropa arasında nəqliyyat və logistika əlaqələrini gücləndirmək niyyətindədir. Bu çərçivədə tarixi Hicaz Dəmir Yolunun yenidən fəaliyyətə qaytarılması planlarına da toxunub.
Türkiyə lideri Cənubi Koreya şirkətlərinin ölkənin regional nəqliyyat və logistika layihələrində daha fəal iştirak etməsində maraqlı olduqlarını vurğulayıb.
Qeyd edək ki, İran və ABŞ arasındakı münaqişə Hörmüz boğazından gəmi hərəkətinə ciddi təsir göstərib. Bu marşrut dünya üzrə neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın daşınmasında mühüm rol oynayır.
Murad İsmayıl
















