• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı

HADİSƏ

02 Noyabr 2026 | 14:04 | Müəllif: Əli Hüseynov

Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı

Özünü xeyriyyəçi kimi göstərərək sosial şəbəkələrdə ehtiyacı olan şəxslərə yardım çağırışları edən bloqer Namiq Əzizin anasının evinə basqın edərək onu döyməsi ilə bağlı görüntülər yayılıb.

Bakıvaxtı.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib.

Məlumata görə, əsl adı Namiq Kəlbiyev olan şəxs Bakıdan rayona gedərək anasının yaşadığı evə pəncərədən daxil olub. O, mənzilə girdikdən sonra anasına hücum edərək onu döyüb. Hadisə zamanı evdən qadının qışqırıq səsləri eşidilib.

Bildirilib ki Namiq Kəlbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hansı səbəbdən anasına xəsarət yetirdiyi hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan vurğulanıb ki, hazırda faktla bağlı müvafiq polis orqanında araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026