• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-də yürüş edən gənclər qar fırtınasına düşüb öldü

DÜNYA

02 Noyabr 2026 | 23:03 | Müəllif: Subhan Mahmudov

ABŞ-də yürüş edən gənclər qar fırtınasına düşüb öldü

ABŞ-də bir dağda iki yürüşçü donaraq həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “The New York Post” məlumat yayıb.

Belə ki, oktyabrın 30-da Koloradodan olan tələbələr “Ice Mountain” massivinə qalxmaq üçün yola düşüb və bundan sonra onlardan xəbər kəsilib. Xilasedicilər sonradan müəyyən ediblər ki, əslən Nyu-Yorkdan olan 20 yaşlı Cekson Donlon və 19 yaşlı Kaden Matsuda qar fırtınasına düşüblər.

Onların cəsədləri digər dağçılar tərəfindən dağ çökəkliyində aşkar edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026