• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb

İDMAN

02 Noyabr 2026 | 20:06 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb

Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı WSF Avropa Ölkələri Şotokan Karate Birinciliyində gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 14-15 yaşlı idmançıların mübarizəsində 70 kiloqramadək çəki dərəcəsində çıxış edən təmsilçimiz uğurlu nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.

Gənc karateçimizin beynəlxalq yarışda qazandığı medal Azərbaycan idmanı üçün növbəti uğurlu nəticə olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026