• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Fransada şagirdlərin aksiyaları səngimir

DÜNYA

02 Noyabr 2026 | 18:15 | Müəllif: Subhan Mahmudov

Fransada şagirdlərin aksiyaları səngimir

Fransada iki həftəlik tətildən qayıdan orta məktəb şagirdləri ötən həftələrə nisbətən daha kiçikmiqyaslı etiraz aksiyalarına yenidən başlayıblar.

Bakıvaxtı.az  “Al-Jazeera” telekanalına istinadən xəbər verir ki, Fransanın Təhsil Nazirliyinin açıqlamasına əsasən, bu gün ölkə üzrə 41 orta məktəbdə blokada və ya girişlərin bağlanması cəhdləri qeydə alınıb.

Məlumata görə, şagirdlər Paris, Marsel və Renn şəhərlərində yerləşən məktəbləri mühasirəyə almağa çalışıblar. 

Həmçinin qeyd olunub ki, tətildən əvvəlki həftələrdə yüzlərlə məktəb mühasirəyə alınıb.

Ölkənin təhsil naziri Eduard Ceffre sözügedən məsələ ilə bağlı “France Inter” radiosuna açıqlamasında bildirib ki, etirazlara icazə verilir, lakin məktəblərə girişin qarşısının alınması qanunsuzdur.

Onun sözlərinə görə, məlum hadisələr səbəbindən bu tədris ili neçə yüz min şagird təhlükə altındadır.

Xatırladaq ki, Fransada kütləvi etirazlar sentyabrın sonlarında təhsil sahəsindəki problemlərlə əlaqədar yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb və tədricən bütün ölkəni bürüyüb. Daha sonra nümayişçilər yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı çıxış etməyə başlayıblar.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026