• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Öldüyü deyilirdi, "Halloween" gecəsi dirildi

CƏMİYYƏT

02 Noyabr 2026 | 17:36 | Müəllif: Günəş Mərd

Öldüyü deyilirdi, "Halloween" gecəsi dirildi

Rusiyanın Arxangelsk şəhərində 61 yaşlı kişi həkimlər tərəfindən ölü elan edildikdən sonra morqda sağ olduğu məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “29.ru” nəşri məlumat yayıb.

Məlumata görə, 1965-ci il təvəllüdlü kişi əvvəlcə xəstəxanada müayinə edilib. Həkimlər onun öldüyünü düşünərək meyitxanaya göndəriblər. Lakin morqda kişinin hələ də sağ olduğu aşkarlanıb.

“Baza” teleqram kanalının məlumatına əsasən, hadisə kişinin evində baş verib. O, özünü pis hiss etdikdən sonra təcili tibbi yardım çağırılıb. Həkimlər ona infarkt diaqnozu qoyaraq bir saatdan çox reanimasiya tədbirləri həyata keçiriblər. Daha sonra kişinin öldüyü bildirilib.

Hadisə "Halloween" gecəsi baş verib. Hazırda kişi ağır vəziyyətdə xəstəxanadadır və həkimlər ona lazımi tibbi yardım göstərirlər.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026