• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Vikinq” - “Sabah” oyununun hakimləri müəyyənləşdi

İDMAN

02 Noyabr 2026 | 18:10 | Müəllif: Subhan Mahmudov

“Vikinq” - “Sabah” oyununun hakimləri müəyyənləşdi

“Sabah” və Norveçin “Vikinq” komandaları arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək görüşün hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Norveçdə baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona həmyerliləri Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Coui Koy yerinə yetirəcək.

Qeyd edək ki, “Vikinq”-“Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşan təmsilçimiz indiyədək üç oyun keçirib, bir qələbə qazanıb və iki dəfə məğlub olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026