• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - VİDEO

DÜNYA

02 Noyabr 2026 | 22:42 | Müəllif: Subhan Mahmudov

Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - VİDEO

Avstraliyanın Karrata şəhərindəki hava limanında “Qantas” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki havaya qalxma zamanı alışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “PerthNow” portalı məlumat yayıb.

Hadisə Pert şəhərinə uçmağa hazırlaşan təyyarədə baş verib.

Sərnişinlər “Airbus A320-232” tipli təyyarənin qanadının altından alov çıxdığını lentə alıblar.

Yanğın səbəbindən pilotlar havaya qalxma prosesini dayandırmaq və təyyarəni terminala qaytarmaq məcburiyyətində qalıb.

İlkin məlumatlara görə, yanğına mühərrikdəki nasazlıq səbəb olub.

“Qantas”ın nümayəndəsi bütün sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsiz şəkildə təyyarədən endiyini təsdiqləyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR