• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qazaxıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb

DÜNYA

02 Noyabr 2026 | 17:00 | Müəllif: Günəş Mərd

Qazaxıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb

Qazaxıstanın qərbində dövlət çevrilişinə hazırlaşmaqda şübhəli bilinən bir qrup şəxsin fəaliyyəti ifşa edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tengrinews” Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinə (KNB) istinadən məlumat yayıb.

Bildirilib ki, Atırau şəhərində keçirilən əməliyyat zamanı 10 nəfər saxlanılıb. Onlar ekstremist qrup yaratmaqda, həmin qrupa rəhbərlik etməkdə və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinirlər.

Saxlanılanlara, həmçinin terrorizmi təbliğ etmək və dini nifrət yaratmaq ittihamları irəli sürülüb.

Müstəntiqlərin ehtimalına görə, qrup üzvləri Qazaxıstanın qərb bölgəsində konstitusiya quruluşunun əsaslarını zorla dəyişdirməyi planlaşdırıblar.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026