Livanın paytaxtı Beyrutun şərqində pirotexnika saxlanılan anbarda güclü partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, partlayışdan sonra anbarda güclü yanğın başlayıb.
Yanğın nəticəsində binanın bir neçə mənzilinin eyvanına da alov keçib.
Livan Mülki Müdafiə Xidmətinin əməkdaşları yanğını nəzarətə götürüblər. Alovun yenidən yayılmasının qarşısını almaq üçün soyutma işləri davam etdirilib.
Hadisə nəticəsində xəsarət alanlar və dəymiş ziyanın miqyası barədə məlumat verilməyib.
















