• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Dondurmaya görə qonşularını öldürdü 

DÜNYA

05 Noyabr 2026 | 15:36 | Müəllif: Gülşən Şərif

Dondurmaya görə qonşularını öldürdü

Florida ştatında 69 yaşlı kişi dondurma üstündə yaranan mübahisəyə görə iki qonşusunu öldürüb.

Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, əraziyə çağırılan polis qanun pozuntusu aşkar etməyib və oranı tərk edib.

Bir saat sonra eyni ünvandan silah səsləri barədə 911-ə şikayətlər daxil olub. Polis yenidən həmin ünvana gedib.

Evin sahibi Mark Linn Robinson könüllü təslim olaraq iki nəfəri güllələdiyini etiraf edib. O bildirib ki, polislər getdikdən sonra qonşularının qisas almaq üçün geri dönəcəyindən qorxub və 12 kalibrli ov tüfəngini hazır saxlayıb.

Onun iddiasına görə, qonşular bıçaqla hücum edib, o isə özünü müdafiə etmək üçün atəş açıb. 

Faktla bağlı araşdırma aparılır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR