• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Heqsetdən İrana hücumla bağlı qəti mövqe

DÜNYA

06 Noyabr 2026 | 15:08 | Müəllif: Əli Hüseynov

Heqsetdən İrana hücumla bağlı qəti mövqe

Əməliyyatı Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmiş cəsarətli və tarixi təşəbbüs hesab edirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın hərbi naziri Pit Heqset İrana qarşı həyata keçirilən hərbi əməliyyat haqda deyib.

“Tramp administrasiyası olaraq İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdə qətiyyətliyik. Prezident Trampın rəhbərliyi altında ABŞ-ın hərbi potensialını gücləndirməyə davam edəcəyik.

Mənim vəzifədən uzaqlaşdırılmağım üçün demokratların irəli sürdüyü impiçment təşəbbüsləri siyasi teatrdan başqa bir şey deyil. Demokratlar daha əvvəl Prezident Donald Trampa qarşı iki dəfə impiçment prosesi başladıb. Onlar siyasi araşdırmalardan rəqiblərinə qarşı istifadə edirlər. Lakin bu cəhdlər Prezident Trampa qarşı nəticə vermədiyi kimi, mənə qarşı da nəticə verməyəcək.

Mənə hücum edirlər, bizə hücum edirlər, çünki biz effektivik. Bu, nəticə verməyəcək. Geri addım atmayacağıq”, - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026