• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Potensialdan tarixi Qələbəyə: İlham Əliyevin Zəfər strategiyası

SİYASƏT

06 Noyabr 2026 | 15:15 | Müəllif: Əli Hüseynov

Potensialdan tarixi Qələbəyə: İlham Əliyevin Zəfər strategiyası

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan dövlətçiliyinin ən mühüm mərhələlərindən biri olmaqla yanaşı, xalqımızın illərlə gözlədiyi ədalətin bərpası, milli iradənin və dövlət qüdrətinin təntənəsi kimi tarixə düşdü.

Bu qələbə yalnız döyüş meydanında əldə olunan hərbi üstünlüyün deyil, illər ərzində aparılan məqsədyönlü siyasətin, güclü ordu quruculuğunun, diplomatik manevrlərin və xalq-iqtidar birliyinin məntiqi nəticəsi idi. Zəfərin növbəti ildönümündə isə bir məqam xüsusi diqqət çəkir: Azərbaycan xalqının qələbə potensialını real gücə, bu gücü isə tarixi nəticəyə çevirən liderlik amili.

Bakıvaxtı.az-a açıqllama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın Zəfərə gedən yolunu və Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini dəyərləndirib.

Deputat qeyd edib ki, tarixi Zəfərin ildönümü yalnız qürur və fəxarət günü deyil, həm də dövlətin keçdiyi yolun, qəbul etdiyi strateji qərarların və əldə etdiyi nəticələrin təhlili baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Azərbaycan xalqının erməni işğalına son qoymaq potensialı hər zaman mövcud olub. Lakin bu potensialın real hərbi-siyasi gücə çevrilməsi üçün qətiyyətli liderlik və düzgün strategiya tələb olunurdu:

“Azərbaycan xalqının həmişə ermənilərə qalib gəlmək potensialı olub, amma bu potensial elə potensial olaraq da qalıb. Bəs bu ümummilli potensialı real gücə kim çevirdi? Əlbəttə ki, Prezident İlham Əliyev çevirdi. Onun qəbul etdiyi qərarlar, həyata keçirdiyi xarici siyasət, qurduğu qətiyyətli ordu, təmin etdiyi ictimai-siyasi həmrəylik qələbəmizin əsas şərtləri kimi çıxış etdi”.

H.Babaoğlu vurğulayıb ki, müasir müharibələr artıq yalnız hərbi qüvvələrin qarşıdurmasından ibarət deyil. 44 günlük Vətən müharibəsində də hərbi güclə yanaşı, diplomatiya, informasiya, texnologiya və yumşaq güc amilləri mühüm rol oynayıb.

Hikmət Babaoğlu: Azərbaycanın tarixi Zəfərinin əhəmiyyəti yalnız hərbi qələbə ilə məhdudlaşmır

Deputatın fikrincə, Azərbaycan bütün bu komponentlərdən düzgün və koordinasiyalı şəkildə istifadə etməklə qısa müddətdə həlledici nəticəyə nail olub. O bu prosesdə Prezident İlham Əliyevin hərbi-strateji düşüncəsini, diplomatik məharətini və siyasi qərarvermə qabiliyyətini xüsusi qeyd edib.

“Biz qısa müddətdə qəti qələbə əldə etmək üçün bu güc vasitələrinin hər birindən maksimum və xətasız istifadə etməli idik. Azərbaycan Prezidenti bunu bacardı. Bütün güc komponentlərindən maksimum və xətasız istifadə etməklə tarixi Zəfərimizə imza atdı. Öz güclü ordusu və güclü dövləti ilə bu qələbəni təmin etdi”.

Hikmət Babaoğlu əlavə edib ki, Azərbaycanın tarixi Zəfərinin əhəmiyyəti yalnız hərbi qələbə ilə məhdudlaşmır. Dövlət başçısının müharibədən dərhal sonra sülh gündəliyinə üstünlük verməsi qələbənin yeni mərhələyə – sülh missiyasına çevrilməsinin göstəricisidir.

Deputat bildirib ki, Azərbaycan xalqı qazandığı Zəfərlə, bu Zəfəri təmin edən Müzəffər Ali Baş Komandan və rəşadətli ordusu ilə haqlı olaraq fəxr edir.

Əli Hüsynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026