• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda sərnişin avtobusu qəza törətdi: yaralılar var

HADİSƏ

06 Noyabr 2026 | 18:45 | Müəllif: Subhan Mahmudov

Bakıda sərnişin avtobusu qəza törətdi: yaralılar var

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Bakıvaxtı.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki 337 saylı orta məktəbin qarşısında 162 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq qarşıdakı "Opel" markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən "Opel" də yoldan çıxaraq yol kənarında olan piyadanı vurub. Avtobusda da xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026