"Volkswagen" və "BMW" şirkətləri Çində müştərilərini fişinq hücumları ilə bağlı xəbərdar edib.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, hər iki brendin dilerləri müştərilərinə eyni vaxtda xəbərdarlıq göndəriblər.
Məlumata görə, fırıldaqçılar avtomobil sahiblərinə saxta geri çağırma bildirişləri göndərirlər. Mesajlarda guya avtomobilə ziyan dəyməməsi üçün dərhal linkə klikləmək və ya QR kodu skan etmək tələb olunur.
Hər iki şirkət bu məktublarla əlaqələrinin olmadığını açıqlayıb və sürücülərdən linklərə daxil olmamağı xahiş edib.
"BMW" şirkəti bildirib ki, heç vaxt müştərilərdən bank kartı məlumatı və ya pul köçürməsi istəmir.
Gülşən Şərif
















