• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hərbi Prokurorluğun rəhbərliyi görüş keçirdi

CƏMİYYƏT

06 Noyabr 2026 | 16:43 | Müəllif: Günəş Mərd

Hərbi Prokurorluğun rəhbərliyi görüş keçirdi

8 noyabr – Zəfər günü münasibətilə Hərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə yeni başlamış gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi zəfərin əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında göstərilən qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub.

Tədbir iştirakçıları Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr və şəhid ailələrinə sovqatlar təqdim olunub.


Hərbi Prokurorluğun rəhbərliyi görüş keçirdiHərbi Prokurorluğun rəhbərliyi görüş keçirdiHərbi Prokurorluğun rəhbərliyi görüş keçirdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026