• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

SİYASƏT

06 Noyabr 2026 | 17:25 | Müəllif: Əli Hüseynov

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının (MR) Daimi Nümayəndəliyi ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan İqtisadiyyat Nazirliyi bu sənədə əsasən Bakı şəhərində Naxçıvan MR Daimi Nümayəndəliyinin (bundan sonra - Daimi Nümayəndəlik) ləğv edilməsi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə beş iş günü müddətində Nazirliyin, Naxçıvan MR Maliyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin və Daimi Nümayəndəliyin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmalıdır.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi və Daimi Nümayəndəlik yaradılacaq ləğvetmə komissiyasında təmsil olunacaq nümayəndələri barədə təkliflərini üç iş günü müddətində Nazirliyə təqdim etməlidirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026