• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Konqresdə LGBT nümayəndələrinin sayı artdı

SİYASƏT

06 Noyabr 2026 | 13:54 | Müəllif: Əli Hüseynov

Konqresdə LGBT nümayəndələrinin sayı artdı

ABŞ Konqresinin yeni tərkibi ölkə tarixində ən çox cinsi azlıq mənsubunun yer aldığı qanunverici orqan kimi tarixə düşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bərabərhüquqluluq üzrə parlament qrupu məlumat yayıb.

"Bildiyimiz qədər, 120-ci Konqres rəsmi olaraq tarixdəki ən çox cinsi azlıq nümayəndəsi olan Konqres olacaq", - deyə "X" sosial şəbəkəsindəki açıqlamada vurğulanır.

Dəqiqləşdirilmiş məlumatlara görə, hazırda Konqresdə 14 LGBT nümayəndəsi var, lakin yeni tərkibdə bu göstərici ən azı 17 nəfərə çata bilər.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-də Konqresə keçirilən aralıq seçkidə Demokratlar Partiyası inamlı qələbə əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026