• Bakı 8° C

    11.02 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ADY gücləndirilmiş rejimə keçir

CƏMİYYƏT

06 Noyabr 2026 | 12:56 | Müəllif: Əli Hüseynov

ADY gücləndirilmiş rejimə keçir

Azərbaycan Dəmir Yolları (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 7–10 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ADY-dən Bakıvaxtı.az-a verilən məlumata görə, bayram günlərində sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təşkili və artan tələbatın qarşılanması məqsədilə bir sıra istiqamətlərə əlavə reyslər təyin olunub.

    Məlumata görə, 7, 8, 9 və 10 noyabr tarixlərində Bakı və Qəbələdən reyslər təşkil ediləcək. Qatar Bakıdan Qəbələyə saat 07:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.

    7–10 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə də hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Həmin tarixlərdə qatar Bakı Dəmiryol Vağzalından saat 09:20, Ağstafa stansiyasından isə 17:15-də yola düşəcək.

    Bakı–Qazax–Bakı marşrutu üzrə hərəkət edən müasir qatarlar qarşıdakı qeyri-iş günlərində də ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.

    Bundan əlavə, 8 noyabrda Gəncə–Mingəçevir–Gəncə marşrutu ilə reyslər təyin edilib. Qatar Gəncədən saat 07:15, Mingəçevirdən isə 08:40-da yola düşəcək.

    7–10 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli ilə təşkil ediləcək.

    Hərəkət qrafiki və biletlə bağlı məlumatları www.ady.az saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və ya 24/7 rejimində fəaliyyət göstərən 1822 Əlaqə mərkəzindən əldə etmək olar.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR