• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

 İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq

SİYASƏT

08 Noyabr 2026 | 16:11 | Müəllif: Gülşən Şərif

İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq

“Türkiyə bu gün qardaşım Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə siyasi gücə çevrilib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarında deyib.

Dövlət başçısı bildirib ki, bu Azərbaycanı sevindirir və gücləndirir: “Biz birlikdə daha da güclüyük. Bu sabitlik, istiqrar, təhlükəsizlik faktorudur. Əziz qardaşımın sıx qrafikinə baxmayaraq, Zəfər Günündə Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Bu birlik əbədi olacaq. Buna Türkiyə və Azərbaycan cəmiyyətində şübhə yoxdur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026