• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

 "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verildi

DÜNYA

08 Noyabr 2026 | 15:30 | Müəllif: Gülşən Şərif

"Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verildi

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib.

Bakıvaxtı.az xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərəc əl-Həmidavi barəsindədir.

Orderə əsasən, əl-Həmidavi ölkənin təhlükəsizliyini və sabitliyini pozmaq, vətəndaşları qorxutmaq, habelə onların həyatına, azadlığına və əmlakına təhlükə yaratmaq məqsədilə zorakılıq, hədə-qorxudan istifadə edən silahlı qruplaşmaya rəhbərlik etməkdə ittiham olunur.

Taqlar:həbsİraq

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026