Yaponiyada 5,7 maqnitudalı zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, “Kyodo” agentliyinin məlumatına görə, yeraltı təkanlar noyabrın 8-nə keçən gecə ölkənin qərbində, Sidzuoka prefekturası yaxınlığında qeydə alınıb.
Zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar nəticəsində 20-dən çox insan xəsarət alıb. Xəsarətlərin əsasən yıxılma zamanı yaranan əzik və sıyrıqlardan ibarət olduğu bildirilir. Yaralıların həyatına təhlükə yoxdur.
Zəlzələ səbəbindən dəmir yolu nəqliyyatının, o cümlədən “Şinkansen” sürət qatarlarının hərəkətində fasilələr yaranıb.
Yaponiyanın nüvə obyektlərində hər hansı fövqəladə hadisənin qeydə alınmadığı bildirilib.
***
23:45
Yaponiyanın paytaxtı Tokio yaxınlığında yerləşən İbaraki prefekturasının sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Yeraltı təkanların ocağı 20 kilometr dərinlikdə yerləşib. Zəlzələ paytaxt Tokionun mərkəzində də hiss olunub.
















