• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Pərviz Şahbazovdan Zəfər Günü paylaşımı

SİYASƏT

08 Noyabr 2026 | 10:01 | Müəllif: Günəş Mərd

Pərviz Şahbazovdan Zəfər Günü paylaşımı

Böyük güclərin müqaviməti fonunda Azərbaycanın qazandığı zəfərlər dünyada yeni presedent yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında yazıb.

"Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli liderliyi, Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi ilə qazanılan Tarixi Zəfərimizin 6-cı ildönümünü böyük qürurla qeyd edirik", - o bildirib.

Paylaşımda qeyd olunub ki, Şuşanın azadlığı ilə zirvəyə çatan Qələbə suverenliyin tam bərpası ilə tamamlanıb: "Böyük güclərin müqaviməti fonunda qazanılan bu zəfərlər dünyada yeni presedent yaratdı, xalqımızın iradəsini və dövlətimizin qüdrətini nümayiş etdirdi.

Zəfər Günümüz mübarək!".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026